«Bank Respublika» mikromaliyyə sektorunda nümayiş etdirdiyi şəffaflığa görə, müakfata layiq görülüb. FED.az xəbər verir ki, bu gün Bakıda işinə başlayan Beynəlxalq Mikromaliyyə Konfransında və Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi layihəsinin təqdimatında Mikromaliyyə sektorunda informasiya xidmətlərinin aparıcı təchizatçısı Microfinance Information Exchange (MIX), «Bank Respublika»nı şəffaflıq prinsiplərinə tam əməl etdiyinə görə «Dörd Brilyantla» mükafatlandırıb.
Mükafat bankın aqro və mikrokreditdər departamentinin rəhbəri Tural Səlimova təqdim olunub.
«Bank Respublika» daha bir mükafat aldı
17:38
22 Noy 2018