Azərbaycanda xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayı artıb.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatlarına görə, 2017-ci ilin 10 ayında 13 min 82 olmuş xarici iqtisadi fəaliyyət iştirakçısı sayı, 2018-ci ilin 10 ayında 19 min 336-ya yüksəlib. Başqa sözlə, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 6 min 254 şəxs və ya 48% artıb.
Xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı - fiziki şəxslər üzrə 7 min 587-dən 12 min 700-ə (artım 5 min 113 şəxs), hüquqi şəxslər üzrə 5 min 495-dən 6 min 636-ya (1 min 141 şəxs artım) qalxıb.
Xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxslərin 224-ü dövlət şirkəti olub.
Qeyd edək ki, özəl sektorun idxalda payı daha böyükdür. Cari ilin 10 ayı ərzində Azərbaycanın 9 milyard 252 milyon dollarlıq idxalının 6 milyard 645 milyon dolları özəl, 2 milyard 91 milyon dolları dövlət sektoru və 515 min dolları fiziki şəxslər tərəfindən həyata keçirilib. Həmin dövrdə, 15 milyard 971 milyon dollarlıq ixracın 11 milyard 369 milyon dolları dövlət, 4 milyard 533 milyon dolları özəl, 69 min dolları özəl sektor tərəfindən həyata keçirilib.