Bakıda 5G şəbəkəsinin işə düşməsi 2022-ci ildən tez olmayacaq.
FED. Az-ın məlumatına görə, bunu “Bakcell” MMC-nin baş icraçı direktoru Nikolay Bekers bildirib.
ELƏCƏ DƏ BAX: “Nar” 4G şəbəkəsini genişləndirməkdə davam edir
N.Bekers deyib ki, bu şəbəkənin işə düşməsi üçün şaxələnmiş fiber-optik infrastruktur mövcud olmalıdır:
“Biz 5G şəbəkəsinə keçid məqsədilə fiber-optik infrastrukturun təkmilləşdirilməsi üçün dövlətin təşəbbüslərini dəstəkləməyə hazırıq. Bu məsələdə dövlətin uzunmüddətli planları bizim planlarımızla üst-üstə düşür. 5G şəbəkəsinin işə salınmasına gəldikdə isə, bu 2022-ci ildən tez olmayacaq. Bəlkə də daha gec ola bilər. Bizim üçün 5-ci nəsil şəbəkə 4G şəbəkəsinin davamı olacaq və yüksək keyfiyyətli LTE şəbəkəsinin bazası əsasında işə salınacaq”.
Paytaxtda 5G-nin işə düşəcəyi tarix – AÇIQLANDI
20:26
21 Noy 2018