Prezident İlham Əliyev ““Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Prezidentdən Azərbaycan himni ilə bağlı – SƏRƏNCAM
FED.az-ın məlumatına görə, sərəncama əsasən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Prezident Dövlət Proqramını – TƏSDİQLƏDİ
19:12
15 Noy 2018