2019-cu ilin əvvəlindən “Bank of Baku”nun kapital kəsiri problemi olmayacaqdır.
Bunu Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Eldar Həmidov bildirib.
ELƏCƏ DƏ BAX: «Hökmən 1,7 manatla ödəməlisən» prinsipinə getmirik» – BANK RƏHBƏRİ
“2018-ci ilin sonunadək kapital çatışmazlığını aradan qaldıracağıq. 2019-cu ilin əvvəlindən sıxıntımız olmayacaq, “Bank of Baku”nun məcmu kapitalı 50 milyon manatdan yüksək olacaqdır”.
Eldar Həmidov qeyd edib ki, problemli kreditlərin geri yığılması sürətlənib: “Problemli kreditlərin yığılması ehtiyatların azad olması və “Bank of Baku”nun xalis mənfəət əldə etməsilə nəticələnir. Həm xalis mənfəət, həm də səhmdarların dəstəyi ilə kapital artırılacaqdır”.
Eldar Həmidov əlavə edib ki, oktyabrın sonunda "Bank of Baku"nun məcmu kapitalı 30 milyon manatdan yüksək olub.
Qeyd edək ki, banklara qarşı minimal məcmu kapital tələbi 50 milyon manatdır.