Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 20-nin bu ilin yanvar-sentyabr aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
FED.az xəbər verir ki, bunlar "Bank of Baku", "Günay Bank", "AFB Bank", "Rabitəbank", "Bank Silk Vey", "Zıraat Bank Azərbaycan", "Bank Respublika", "NBC Bank", "Express Bank", "AGBank", "Muğan Bank", "Xalq Bank", "Naxçıvan Bank", "Kapital Bank", "PAŞA Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank BTB", "Nikoyl Bank" və "Unibank"dır. Ən yüksək dinamika "Bank of Baku"da (2,5 dəfə), ən aşağı dinamika isə "Unibank"da (4,1%) qeydə alınıb.
Qalan 10 bankın isə qeyri-faiz xərcləri azalıb. Ən çox azalma "Azərbaycan Beynəlxalq Bankı"nda (31,3%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (0,5%) qeydə alınıb.