Gələn ildən vergi ödəyicilərini və adi vətəndaşları maraqlı yenilik gözləyir. FED.az MALİYYƏ xəbər verir ki, Vergi Məcəllsində ediləcək dəyişikliklərə əsasən, ticarət və iaşə obyektlərinə (marketə və ya restorana) ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi (10-15%) vətəndaşa qaytarılacaq.
ELƏCƏ DƏ BAX: Sığorta agentləri üçün pis xəbər – VERGİLƏRİ ARTACAQ
Özü də bu həm nağd, həm də kartla ödənişlərə aiddir. Bu barədə FED.az-a vergi eksperti Vəli Əliyev məlumat verib.
Onun sözlərinə görə, dəyişikliklərdə deyilir ki, Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Başqa sözlə, mağaza və restoranlarda kartla ödəniş etdikdə və ya nağd ödəniş edərkən kassa çeki aldıqda ödənilən ƏDV məbləninin 10-15%-i müştəriyə qaytarılır.