Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhərində bu il çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və təmir işlərini həyata keçirəcək.
FED.az-ın məlumatına görə, İcra Hakimiyyəti bu işlərə ümumilikdə 3 mln. 955 min 932 manat pul xərcləyəcək.
ELƏCƏ DƏ BAX: Bakıda villa alana mənzil hədiyyə – MƏBLƏĞ, ŞƏRTLƏR
Şəhərdə dam örtüklərinin dəyişdirilməsi işlərini “AST Təmir Tikinti” MMC şirkəti həyata keçirəcə. Bu məqsədlə İcra Hakimiyyətindən 3 mln. 329 min 46 manat ayrılıb. Binalarının dam örtüklərinin təmiri işlərini isə “Palıdlı” MMC şirkəti yerinə yetirəcək ki, bu məqsədlə də şəhər İcra Hakimiyyətindən 626 min 886 manat pul ayrılacaq.
finans.az
Şəhərdə dam örtüklərinin təmirinə 4 milyon – XƏRCLƏNƏCƏK
20:11
7 Noy 2018