Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) fərdi evlərin tikintisi işlərinin başa çatdırılmasını “Avalon 12” MMC və “Royal Construction” MMC konsorsiumunun aparıcı təşkilatı olan “Avalon-12” MMC-yə həvalə edib.
ELƏCƏ DƏ BAX: Dövlət avtomobilləri hərraca çıxarıldı - SİYAHI, QİYMƏTLƏR
FED.az-ın məlumatına görə, tərəflər arasında bağlanan tender müqaviləsinə görə “Avalon-12” MMC-yə görülən işlərin müqabilində 1 634 702 manat ödəniləcək.
Xatırladaq ki, ötən ay nazirlik bu konsorsium ilə toplam dəyəri 5 894 473 manat olan 2 tender müqaviləsi imzalayıb.
finans.az