Maliyyə Bazarlarına Nəzarət Palatası “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları”nı təsdiq edib.
Eləcə də bax: Bankda işə düzəlmək asandırmı? – BANKİRLƏ MÜSAHİBƏ
FED.az-ın məlumatına görə, Qaydalara əsasən, ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə körpü bank yaradılır.
Eləcə də bax: Azərbaycan banklarının cəmi kapitalının həcminə görə - RENKİNQİ (01.11.2018)
Körpü bank təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətidir və yeganə səhmdarı Palata hesab olunur. Körpü bankın adında “körpü bank” sözləri olmalıdır. Körpü bankın nizamnamə kapitalı 4 min manat məbləğində olmaqla Palata tərəfindən ödənilir. Körpü bankın idarəetmə orqanının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur.
ELƏCƏ DƏ BAX: Azərbaycandakı bankların faiz xərcləri - TƏHLİL
Körpü bankın yaradılması barədə qərarda onun nizamnamə kapitalını təşkil edən səhmlərinin miqdarı və hər bir səhmin nominal dəyəri müəyyən edilir. Körpü bankın səhmlərinin buraxılışı Palata tərəfindən dövlət qeydiyyatına alınır, bu barədə körpü banka qiymətli kağızların dövlət reyestrindən çıxarış təqdim olunur və körpü bankın səhmlərinin ilkin buraxılışı yerləşdirilmiş hesab edilir. Körpü bankın səhmlərinin saxlanması və uçotu Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.
Körpü bank fəaliyyətini Palata tərəfindən verilmiş bank lisenziyası əsasında həyata keçirir. Palata tərəfindən digər banklar üçün müəyyən edilmiş normativlər, habelə Mərkəzi Bankı tərəfindən pul siyasətinin həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü banka şamil edilmir.
Azərbaycanda problemi banklarların "qənimi" gəlir - QƏRAR VERİLDİ
01:11
2 Noy 2018