Prezident İlham Əliyev ““Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 2784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: İki jurnalistə vəzifə verildi
FED.az-ın məlumatına görə, sərəncama əsasən Komissiyanın yeni tərkibi aşağıdakı redaksiyada verilib:
Komissiyanın həmsədri:
əmək və əhalinin sosial müdafiəsi naziri
Komissiyanın üzvləri:
Xarici işlər nazirinin müavini
İqtisadiyyat nazirinin müavini
Energetika nazirinin müavini
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Fövqəladə hallar nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Təhsil nazirinin müavini
Mədəniyyət nazirinin müavini
Dövlət Turizm Agentliyinin sədri
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Mərkəzi Bankı sədrinin müavini
Azərbaycanın Monteneqroda fövqəladə və səlahiyyətli səfiri.
Xarici İşlər Nazirliyinə Komissiyanın tərkibində edilən dəyişiklik barədə Monteneqro tərəfinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, bundan öncə Komissiyanın sədri iqtisadiyyat naziri Şahin Mustafayev olub.
Sahil Babayevə yeni vəzifə verildi
19:13
1 Noy 2018