Gələn il yaşayış minimumu üzrə proqnoz 180,0 manat səviyyəsində proqnozlaşdırılıb.
FED.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Rəyində əksini tapıb.
ELƏCƏ DƏ BAX: Palata 2017-nin büdcəsi ilə bağlı - ƏLAVƏ HESABAT HAZIRLAYIB
Bu cari il üzrə olan rəqəmlə (173 manat) müqayisədə 5,7% artım deməkdir. Tərkib komponentləri üzrə götürdükdə əmək qabiliyyətli əhali üçün 191,0 manat (cari illə müqayisədə 3,8% çox), pensiyaçılar üçün 149,0 manat (3,5%) və uşaqlar üçün 160,0 manat (3,9%) nəzərdə tutulur.
Yaşayış minimumu 5,7 faiz artacaq - RƏY
19:04
31 Okt 2018