Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin 9 ayı üçün sığorta bazarının göstəricilərini açıqlayıb. 21 sığorta şirkəti tərəfindən 568 mln 538 min manat yığım əldə olunub.
FED.az hazırladığı renkinqə əsasən xəbər verir ki, 2018-ci ilin 9 ayında 21 sığorta şirkətindən ilk 5-in yığımlar üzrə bazar payı 75,04% olub. Həmin 5 sığorta şirkəti bunlardır: “Paşa Həyat Sığorta” , “Paşa Sığorta” , “Atəşgah Həyat” , “Dövlət Sığorta Şirkəti” və “Atəşgah” Sığorta Şirkəti.
Bu sığorta şirkətlərindən yalnız “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin ümumi bazarda payı 55,84% təşki edir.
Xatırladaq ki, ötən ilin eyni dövründə 21 sığorta şirkətindən ilk 5 sığorta şirkətinin ümumi yığımlarının miqdarı 276 mln 672 min manat və ya ümumi bazarda payı 68,25% təşkil edib. Həmin ilk 5 şirkət bunlardır: “Paşa Həyat Sığorta”, “Paşa Sığorta”, “Atəşgah” Sığorta, “Atəşgah Həyat” Sığorta və “Dövlət Sığorta Şirkəti” Sığorta şirkəti.
Ötən il də yalnız yalnız “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin ümumi bazarda payı 49,66% olub.
Bu göstəricilər onu göstərir ki, bu il ilk 5 şirkətin bazar payı ötən ilin eyni dövrünə nəzərən 6,79% artıb. Bu da bazardakı təmərküzləşməni və getdikcə sığorta bazarının tək əldə cəmləşəcəyini göstərir.
Sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkətindən son 5 sığorta şirkətinin yığımlar üçün bazar payı 2018-ci ilin 9 ayında 1,27% olub. Bu sığorta şirkətləri “A-Group Sığorta”, “Rəvan Sığorta”, “Bakı Sığorta” “Amrah Sığorta” və “Naxçıvan Sığorta”dır.
Ötən ilin eyni dövründı 21 sığorta şirkətindən son 5 sığorta şirkəətinin bazar payı 1,20% təşkil edib. Həmi sığorta şirkətləri bunlardır: “A-Group Sığorta”, “Bakı Sığorta”, “Rəvan Sığorta”, “Naxçıvan Sığorta” və “Amrah Sığorta” dır.