Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov təəssüratlarını bölüşüb.
V.Zeynalov vəzifəsinin icrasına bu gündən başladığını bildirib:
“Yeni təyin olunmuşam. Hələlik kollektivlə tanış oluram. Təbrik edən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam”.
Yeni başçı hazırda iclasda olduğunu və ətraflı danışmaq imkanın olmadığını vurğulayıb.