Azərbaycan Mərkəzi Bankı ( AMB) 2018-ci ilin ilk 9 ayı üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az AMB-in hesabatına əsasən xəbər verir ki, hesabat dövrü ərzində bankın kredit portfeli ilin əvvəlinə nəzərən 4,63% artaraq 12 mlrd 302,4 mln manat olub. Problemli kreditlərin məbləği hesabat dövründə ilin əvvəlinə nəzərən 7,50% artaraq 1 mlrd 748,7 mln manata yüksəlib və ya ümumi kredit portfelində xüsusi çəkisi 13,8%-dən 14,2-ə yüksəlib.
Bu kredit portfelinin iqtisadiyyatın sahələri üzrə bölgüsü aşağıdakı kimi olub:
Ticarət və xidmət sektoruna verilən kredit məbləği 2018-ci ilin ilk 9 ayında ilin əvvəli ilə müqayisədə 0,40% artaraq 2 mlrd 77,4 mln manata çatıb ki, bu məbləğində ümumi kredit portfelində xüsusi çəkisi 16,9% təşkil edib.
Energetika, kimya və təbii ehtiyatlar sektoruna verilən kreditlərin məbləği hesabat dövründə ilin əvvəlinə nəzərən 9,22% azalaraq 286,4 mln manata enib və ümumi kredit portfelində xüsusi çəkisi 2,3% təşkil edib.
Kənd təsərrüfatı və emal sahəsinə ayrılan kredit məbləği 2018-ci ilin 3-cü rübündə ilin əvvəlinə nisbətən 8,06% artaraq 463,8 mln manat olub ki, bu məbləğin də ümumi kredit portfelində payı 3,8%-ə yüksəlib.
İnşaat və əmlak sahəsinə verilən kreditlərin məbləği hesabat dövründə ilin əvvəlinə nəzərən 28,96% azalaraq 388 mln manata enib və bu məbləğin ümumi kredit portfelində xüsusi çəkisi 3,2%-ə enib.
Sənaye və istehsal sektoruna verilən kredit məbləği ilin əvvəli ilə müqayisədə 9,11% artaraq hesabat dövründə 677,8 mln manata yüksəlib və ümumi kredit portfelində xüsusi çəkisi 5,5% olub.
Nəqliyyat və rabitə sahəsinə ayrılan kredit məbləği 2018-ci ilin ilk 9 ayında ilin əvvəlinə nəzərən 14,43% artaraq 1mlrd 289,3 mln manata çatıb və ümumi kredit portfelində xüsusi çəkisi 10,5% təşkil edib.
Ev təsərrüfatlarına və ya başqa sözlə istehlak kreditlərinin məbləği hesabat dövrü ərzində ilin əvvəlinə nisbətən 9,65% artaraq 5 mlrd 51,1 ln manata yüksəlib ki, bu məbləğində ümumi kredit portfelində xüsusi çəkisi 41,1% olub.