CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 78,12 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,06 dollar/barel çoxdur.
FED.az xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 25-də 76,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,02 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 25-də 73,53 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,01 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 25-də 77,56 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,05 dollar/barel çoxdur.