İstanbuldakı konsulluqda öldürülən jurnalistlə bağlı Səudiyyə rəhbərliyinə yönələn ittihamları maksimum yumşaltmağa çalışan ABŞ sonda Yaxın Şərqdəki müttəyiqinə qarşı viza sanksiyaları tətbiq edib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistinının 21 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edəcək. Həmin şəxslərin vizaları ləğv ediləcək və onlara viza verilməsi dayandırılacaq.
Qeyd edək ki, ABŞ-ın Dövlət Katibi Mayk Pampeo hadisə ilə bağlı Səudiyyə Ərəbistanına qarşı daha sanksiyaların da tətbiq ediləcəyini istisna etməyib.
ABŞ-dan Səudiyyəyə qarşı - İLK SANKSİYA
12:31
24 Okt 2018