Türkiyənin Tekirdağ, İstanbul, Kocaeli və Sakaryada olan mənzillərin qiyməti sürətlə artmağa başlayıb. FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mənzillərin bahalaşmasının əsas səbəbi yeni tikilən Şimali Marmara avtomobil yoludur.
Şimali Marmara Avtomobil yolu Türkiyənin Ege bölgəsi ilə Daxili Anadolu bölgəsini birləşdirəcək. Edirne-Kınalı-İstanbul-Ankara və İzmirdən keçəcək yol həm də yeni açılacaq 3-cü Hava Limanının yanandan keçir.
FED.az xəbər verir ki, yolun birləşdirdiyi bölgələrdə ev və əmlaklar 44-92% arasında bahalaşır.
Hazırda Türkiyənin Tekirdağ bölgəsində evin 1 m2-i 1470 lirədir (253 dollar). Silivridə son 4 ildə satış qiyməti 69% artaaq 1 m2 üçün 2 244 lirəyə (387 dollar) çatıb.
Son 4 ildə Çatalcada evlərin qiymətləri 44% artıb. Bölgədə evlərin 1 m2-nin satışının ortalama qiyməti 2 350 lirə (400 dollar) təşkil edir.
Eyüpdə son 4 ildə evlərin qiymətləri 73 faiz artaraq 3 840 lirəyə (662 dollar), Kocaelidə isə qiymətlər 80% artaraq 1 872 lirə (322 dollar) olub.
Sakaryada son 4 ildə 92% nisbətində artım olub, mənzillərin 1 m2-nin ortalama satış qiymətləri 1760 lirədən (303 dollar) başlayır.
Sakarya Akyazı bölgəsinə gedən yolun 2019-cu ilin sonunda açılacağı gözlənilir ki, bu da evlərin qiymətinə təhsir edən amillərdən biridir.
Türkiyənin bu bölgələrində qiymətlər - SÜRƏTLƏ BAHALAŞIR
11:32
23 Okt 2018