“Standard İnsurance” sığorta şirkəti ölkənin sığorta şirkətlərinin ötən gün açıqlanan reytinqini ədlətli saymır və onun nəticələrini qəbul etmir. Bu barədə FED.az-a şirkətin idarə heyəti sədrinin müavini Tural Əsgərov bildirib.
Xatırladaq ki, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyi sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.
FED.az xəbər verir ki, bu reytinq cədvəlində“Standard İnsurance” sığorta şirkəti mənfi 8 bal toplayaraq ən aşağı reytinqə layiq görülüb.
Cavabında «Standard İnsurance»ın idarə heyətinin sədrinin müavini Tural Əsgərov FED.az-a bildirib ki, bu göstəricini qəbul etmir və ədalətli saymır. Sədr müavini bildirib ki, reytinqdə şirkət haqqındakı mənfi qiymət yalnız bir mənfi rəy əsasında verilib: «Çünkü burda cəmi 1 nəfərdən sorğu götürüblər və buna əsasən reytinqi açıqlayıblar.
Bunula əlaqədar həmin müştəri ilə əlaqə saxlanılıb və məlum olub ki, həmin şəxs forma 4-sənədini verməyib və buna görə də ödənişdə gecikmə olub».
Şirkətdən bildirilib ki, hazırda “Standard İnsurance” müştərilərdən gələn mənfi rəylərin qarşısını almaq üçün işlər aparır.