Azərbaycan bankları şirkətlərə kreditləri hansı şərtlərlə ayırırlar? Bu zaman hansı müştərilərə üstünlük verilir və hansı göstəricilər nəzərə alınır? Kredit götürən iş adamları nəyi girov qoya bilərlər.
«ASAN Radio» və Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə layihəsi olan «BANK SAATI» verilişinin növbəti buraxılışı bu mövzuya həsr edilib. Xatırladaq ki, bu veriliş Azərbaycan əhalisinin və biznesin bank-maliyyə xidmətləri ilə tanışlığı, eləcə də əhalinin maliyyə savadlılığının artırılması məqsədi daşıyır.
Eləcə də bax: Banklar kimlərə kredit vermir? – BANKİRLƏ MÜSAHİBƏ
FED.az biznes üçün kreditlər, onların şərtləri, hansı qaydalarla verilməsi, eləcə də problemli və problemsiz müştərilərə yanaşma ilə bağlı Azərbaycan Beynəlxalq Bankının Korporativ Biznesin İnkişafı departamenitinin direktoru Ülvi Qasımovun «Bank Saatı»nı müsahibəsini təqdim edir:
- Ülvi müəllim, italyancadan tərcümədə “bank” sözü üzərində qəpiklər olan stol mənasını verir. Bəs indi necə, «bank» dedikdə hansı məna anlaşılır? O stolun üstündə indi nə var?
- Bank dedikdə indi ilk növbədə mütəri xidməti, müştəriyə təklif edilən xidmətlər, yeni innovativ xidmətlər başa düşülür.
- Qəpik yoxdur?
- Xeyr, qəpik dövrü bitib. İndi kart dövrüdür.
- Gəlin biznesi maraqlandıran əsas məsələlərdən başlayaq. İndi mövsümün başlanğıcıdır, adətən payız mövsümü biznes layihələrə start verilən dövr kimi xarakterizə edilir. Banklarda kredit müraciətlərində artma hiss edilir?
- Əgər il ərzində edilən kredit müraciətlərinin statistikasına baxsaq payız mövsümü – xüsusilə sentyabr və oktyabr aylarında kredit tələbinin yüksəldiyinin şahidi olarıq. Amma seqment üzrə baxsaq aktovliyin əsasən hansı sahələrdə baş verdiyini də deyə bilərik. Xüsusilə kiçik və orta sahibkarlıqda, mikro kreditlərdə canlanma hiss olunur.
- Mikrokreditlər üçün məbləğ nə qədər təyin edilib?
- Bu banklardan asılıdır, 10 min manat da təyin edilə bilər, 15 min manat da. Amma iri layihələrdə, koororotiv müştərilərdə bu kreditləşmələr planlı həyata keçirilir. Bu bir neçə il qabaqdan hesablanır, banklarla razılaşma əldə edilir. Ola bilər layihənin startı yay ayına düşsün, ola bilər ki qış ayına. Ona görə iri korporativ müştərilərdə biz bu asılılığı görmürük ki, hansı aydasa aktivlik azalsın, hansındasa artsın. Amma qeyd etdiyim digər iki sahədə bu aylarda aktivlik artır.
- Payız banklar üçün aktiv keçir deməli...
- Bəli, iqtisadi aktivlik sentyabr-oktyabr aylarında artdığına görə zəncirvari cərəyan edir, sahibkarların işində canlanma baş verdikcə kredit müraciətləri də çoxalır.
- ABB-na müraciət edən, kredit üçün sii seçən korporativ müştərilər – şirkətlər əsasən hansı sahədə fəaliyyət göstərənlərdir?
- Beynəlxalq Banka müraciət edən sahibkarlar demək olar ki bütün sahələri əhatə edirlər. Amma xüsusilə kənd təsərrüfatı sahəsində aktivlik müşahidə edilir. Çünki kənd təsərrüfatına dövlətin dəstəyi var, dotasiya var, ixrac imkanları var.
- Yəni sahibkar düşünür ki, mən istehsal etdiyim məhsulu sata biləcəyəmsə ona kredit götürməyə dəyər...
- Bəli. Hazırda ixrac işi yaxşı təşkil olunub, bu sahədə müəyyən struktur qurulub, logistika yaxşıdır, daşıma işi yaxşı inkişaf edib. Ona görə bundan istifadə olunur.
- Başqa hansı sahələrdə kredit tələbi var?
- Nəqliyyat sahəsi. Ənənəvi olaraq tikinti sahəsi, ticarət sahəsi aktivdir. Zaman-zaman müəyyən sahələrdə aktivlik müşahidə olunur. Neft sektoru, rabitə sektoru bizdə həmişə önəmlidir.
- Daha çox hansı yaş qrupunda insanlar aktivlik kredit tələbində olur?
- Həm yaşlılar, həm gənclər müxtəlif dövrlərdə kredit alıb. Mən bir faktı deyim. Bank sektorunda 2006-cı ildən fəaliyyət göstərirəm, o zamanlar kredit məhsulunu təklif etmək üçün sahibkarlara, ticarətçilərə kredit təklif edəndə soruşurdular ki siz mənə pul verirsiniz yoxsa mən sizə? Yəni kredit anlayışı yox deyiləcək qədər az idi. Amma indi sorğu keçirsən hamı biləcək kreditin nə olduğunu və hər ailədə ən azı bir nəfər kredit götürür.
- Tutaq ki, şirkət banka kredit almaq üçün müraciət edir. Bank bu zaman nələrə diqqət yetirir? Hansı hallarda şirkətə müsbət, hansı hallarda mənfi cavab verir? Kreditin imtinasına səbbə olacaq məqamlar hansılardır?
- Bir neçə faktor var ki, həm bizim bankda, həm də digər banklarda ilkin olaraq buna diqqət edilir. Sahibkar, hüquqi şəxs, təşkilat banka müraciət etdikdə ilk olaraq layihənin qiymətləndirilməsindən başlanılır. Hanı layihə - dövriyyə vəsaiti yoxsa əsas layihə reallaşdırılacaq, bu aydınlaşdırılır. Müraciət edən şəxsin kredit tarixçəsi araşdırılır. Gecikmələr olubmu, adekvat məbləğ götürülübmü, kredit təcrübəsi varmı – bütün bunlar öyrənilir. Müraciət olunan layihə ilə bağlı sahibkarın təcrübəsi varmı? Ola bilər yeni bir sahədir və təcrübə tələb edir bu sahə. Ola bilər tikinti sahəsinə daxil olur, iş adamıdır. Və yaxud kənd təsərrüfatına marağı var. Biz bunları qiymətləndiririk. Nə qədər kadr potensialı var, nə qədər işçi qüvvəsi var, professional kadrlarla təmin olunubmu? Layihəni başa çatdırmama ehtimalı var. Kredit təminatlıdırmı? Kreditin müddəti, valyutası nəzərə alınaraq qəraar verilməlidir. Əlbəttə ki bütün bu şərtlərin başında müştərinin maliyyə vəziyyəti durur. Müştərinin maliyyə vəziyyəti qənaətbəxşdirmi, onun aktivlərini təmin etmək imkanı varmı? Bunlar öyrənildikdən sonra müştəriyə əsaslandırılaraq ya müsbət, ya da mənfi cavab verilir.
- Müştəri bilir problem hardadır? Nəyə görə kredit ala bilmədi?
- Əlbəttə ki. Əvvəlki dövrə nisbətən indi hesabatlılıqla bağlı irəliləyiş var və bu da istər-istəməz bankın qiymətləndirməsində banka kömək edir.
Bəli bankın işini asanlaşıdırır. Kredit tarixçəsi də burda böyük rol oynayır. Biz o tariçəni görməklə nəticə çıxara bilirik ki, gələcəkdə bu müştəri kredit borcunu hansı dərəcədə ödəyə biləcək.
- Məsuliyyətli müştəriyə kredit verilir deməli. Biz bir sorğu etmişdik, xərclərimizi və gəlirlərimizi hesablayırıqmı mövzusunda. Respondentlərdən kimisi hər ay gəlirinin və xərcinin hesabatını apardığını dedi, kimisi aldığını bildiyini, xərclədiyini hesablamadığını dedi, kimisi də dedi ki, bunu hesablamağın nə mənası var ki. Siz necə, aylıq xərclərinizi və büdcənizi hesablayırsınızmi?
- Xeyr yazmıram, amma aylıq məni hansı xərclərin gözlədiyini bilirəm, ona uyğun büdcə nəzərdə tuturam. Eyni zamanda nəzərdə tutulmayan xərclər də var ki, təxmini büdcə ilə ayı başa vurmaq olur. Hesab edirəm ki hər kəs öz xərclərini planlaşdırmalı və gəlirinə uyğun xərcləməlidir. Əks halda nəticəsi kredit faizləri, yüklənmələr olur. Qeyd edim ki yaranan istehlak kreditləri təlabatının əksəriyyəti də bu planlaşdırılmamış xərcləmələrdir. Bu həm fiziki şəxslərə aiddir, həm də biznesə.
- Kredit vermək üçün bankınızın resursu kifayət qədərdir? Heç olub ki deyəsiniz ki, bankda pul qurtarıb?
- 2018-ci ildə bizə müraciət edən müştərilər arasında bankın likvidlik durumuna görə imtina etdiyimiz olmayıb. Bankımızın likvidlik vəziyyəti kifayət qədər yüksəkdir. Buradan üzümü iş adamlarına, sahibkarlara tutub deyirəm, ABB-na müraciət edin, hər bir valyutada kifayət qədər vəsaitimiz var. Layihələrinizi uzun müddətə maliyyələşdirmək imkanımız mövcuddur. Müraciət etsinlər və qısa müddətdə cavablandırmağa çalışacağıq.
- Yeri gəlmişkən, ABB-da faizlər neçədən başlayır və müddət necə tənzimlənir?
- Bu, müştəriyə görə fərqlənə bilən vəziyyətdir. Faizlər də bazardakı nisbətə görə uyğunlaşdırılır. Bazarda müəyyən faizlər var ki, ona uyğunlaşırıq. Kiçik və orta sahibkarlar üçün təqdim olunan kreditlər 16-20 %, iri koorporotiv müştərilər arasında təklif olunan qiymətlər 11-12 %-dən 16-dək olur. Bu milli valyuta ilə olan faiz dərəcələridir. Dollarla olan faiz dərəcələri daha aşağıdır – 5-6 %-dən başlayaraq 11-12 %-dək. Qeyd edim ki. Müraciət edən təşkilatın maliyyə durumu, bankla əməkdaşlığı, təminatını təqdim edib-etməməyi və kredit tarixçəsi bu məsələdə önəmli əhəmiyyətə malikdir.
- Fərdi müştərilər üçün kifayət qədər texnoloji imkanlar var. Onlar internetlə ödəmələr edirlər, müxtəlif elektron xidmətlərdən istifadə edirlər. Bəs biznes üçün hansı innovativ imlanlar var? Biznes üçün ayrıca tətbiqetmə var?
- Bəli, ABB-nın “internet bankinq” xidməti var. Bankımız internet bankçılıq tətbiq edən ilk banklardandır və kifayət qədər üstünlüyü var. Yükləmək üçün xüsusi tətbiq yoxdur, sadəcə bir başa bankın saytından daxil olursunuz. Sayta daxil olursunuz, müəyyən parolları daxil edirsiniz və hesabınızı idarə imkanı əldə edirsiniz. Bu xidmət hüquqi şəxslər üçündür. Bundan əlavə digər üstünlüklər də var. Biz müştərinin mühasibatlıq proqramına inteqrasiya edə bilərik. Belə olan halda bizim saytla yox, öz mühasibatlıq proqramından bank hesablarını idarə edə bilər. Müştəri banka yaxınlaşmadan elə öz ofisindəcə öz hesabından çıxarışlar, pul köçürmələri, konvertasiya, kütləvi formada əməkhaqqının yüklənməsi kimi xidmətlərdən istifadə edə bilər.
- Bəs müştərilər bu imkanlardan istifadə edə bilirlər?
- Bəli. Biz bu prosesi müştərilərimizə təqdim edirik. Həm bankda, həm müştərinin ofisində prezentasiya imkanımız var. Bu cür proqramlar hazırda çox var, mənimsənilməsi də rahatdır. Bunu göstərdiyimiz müəssisələrin əksər hissəsi internet bank xidmətindən istifadə edir. Bu çox böyük vaxt qənaətidir. Banka yaxınlaşmadan öz bank hesablarını operativ şəkildə idarə edə bilirlər. Orada bütün növ bank xidmətləri mövcuddur. Bankımızda hesabı olmayan hüquqi və fiziki şəxslərə, sahibkarlara, iş adamlarına müraciət edirik, bankımıza yaxınlaşsınlar, hesab açsınlar və bu xidmətlərdən istifadə etsinlər. Kifayət qədər üstünlükləri var. Bu proqram elədir ki daim təkmilləşir.
- Bizim verilişimizin bir hissəsi də vətəndaşların banka ünvanladığı sualların cavablanmasına həsr olunur. Belə suallardan biri də belədir ki, sahibkar bankdan kredit götürəndə hansı əmlakını girov qoya bilər?
- Sahibkara məxsus olan istənilən girovu banka təqdim edə bilər. Bunlar əsasən daşınmaz əmlak olur – torpaq, ev və s. Əsas odur ki, əmlakın çıxarışı, yəni kupçası olsun. Həmçinin girov qoyulan əmlak mərkəzi yerlərdə olsun, bu üstünlük sayılır. Kəndlərdən də girov qənbul edə bilərik, sadəcə daha likvid olmalıdır, yəni lazım olanda pul çevrilməsi mümkün olan əmlak olmalıdır.
- Başqa bir vətəndaş isə soruşur ki, bankların təqdim etdiyi kredit faizləri hansı göstəricilərə görə tənzimlənir?
- Bazarda müəyyən faizlər var, yəni bəlllidir, rəqabət var. Biz istəsək belə öz istəyimizlə kredit faizini yüksək edə bilmərik, həmçinin digər banklar. Faizlər 1, 2 və ya 3% fərqlənə bilər. Fərqlər o zaman yaranır ki, müştərinin maliyyə vəizyyəti, təqdim etdiyi təminat, kredit tarixçəsi adekvat olaraq əvvəlki tarixlərdə götürdüyü kreditlərin indiki müraciətindəki rəqəmə uyğun olub-olmaması halları olsun.
- Deməli fərdi olaraq fərqli tarixçəyə malik olan müştərilərə fərqli faizlə kredit verilə bilər?
- Bəli, əgər müştəri daha risklidirsə əlbəttə ki faiz dərəcəsi yuxarı olacaq. Bunu müştəri də anlayışla qarşılayır.
- Belə çıxır ki, riskin də öz qiyməti var?
- Elədir. Risk premium əlavə olaraq üzərinə faiz gəlinir. Əgər müştəri bütün göstəricilərinə görə çox üstündürsə banklar onun üstündə rəqabət aparır. O öz layihəsini banklara təqdim edir və ən aşağı faizi təklif edən bankı seçir.
- Bu halda artıq bank müştərini deyil, müştəri bankı seçir..
- Bəli. Müştərinin parametrlərinə baxırıq, həm biz, həm də digər banklar. Müştəri də bundan normal olaraq istifadə edir. Məsuliyyətli müştəri daha aşağı faizlə kredit almaq imkanı əldə edir.
- ABB-nın müştərisi olmağın şirkətlər üçün əsas üstünlüyü nədir?
- Bir neçə üstünlüyü var. Birincisi ABB dövlətin bankıdır. Aktivlərinə görə respublikada ən böyük və xaricdə müxbir hesabı ən çox olan bankdır. Xarici əməliyyatlar etmək üçün ən əlverişi bankdır. Filial şəbəkəmiz genişdir, ölkə üzrə təmsil olunuruq, 76 satış sahəmiz var. Bankomat şəbəkəmiz genişdir. 17 mindən çox hüquqi şəxsə xidmət göstəririk. Ölkədə təmsil olunan bütün iri şirkətlərin ABB-da hesabları var. Bu bizdə hesabı olan hüquqi şəxsə tam şərait yaradır ki, bu hüquqi şərslərlə çox qısa müddətə çox aşağı tariflə əməliyyatlar aparılsın. Yəni banklar arası deyil, bankdaxili və bunun da kifayət qədər çox üstünlükləri var. ABB-nın kredit vermək imkanı ən genişdir, təminatlı və təminatsız ən çox kredit verən bankdır.
«Payız gələndən kredit müraciətləri artıb» - ŞƏRTLƏR – BANKİRLƏ MÜSAHİBƏ
12:40
18 Okt 2018