Azərbaycanda sahibkarlar üçün vahid verginin tətbiqinə baxılır. FED.az xəbər verir ki, belə bir verginin tətbiqi ilə bağlı Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına verdiyi müsahibədə bildirib.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən qurumun rəhbərinin sözlərinə görə, Vergilər nazirliyi və eləcə də Əmək və əhalinin sosial müdafiəsi nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. «Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək».
M.Musayev bildirib ki, sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var: «Bu məsələlərlə bağlı topladığımız çoxsaylı təkliflər nazirliyə təqdim edilib». Hesab edirəm ki, vergi sistemində aparılacaq islahatlar effektiv olacaq və təkmil vergi ödəmə sistemi yaradılacaq: «İlk növbədə vergi yükünün sahibkarlar arasında ədalətli şəkildə bölünməsi mühüm amildir»-deyə ASK rəhbəri bildirib.
Azərbaycanda vahid vergi tətbiq oluna bilər
11:32
4 Okt 2018