Bu gün İranda dollar gözlənilmədən sürətlə ucuzlaşıb, yerli valyuta olan rial isə dəyər qazanmağa başlayıb.
FED.az xəbər verir ki, bu, ABŞ sanksiyalarının tətbiqi səbəbindən İran rialının sürətli ucuzlaşmasından və dolların bahalaşmasından sonra dollar ilk ucuzlaşması olub. Nəticədə dolların məzənnəsi 140 min rialdan 80 min riala enib. Halbuki səhər saatları dolların bahalaşması ilə başlamışdı. Səhər İranın paytaxtı Tehrandakı valyutadəyişmə məntəqələrində dollar 135-140 min min riala qalxıb, bəzi yerlərdə isə 1 dollar 170, hətta 190 min riala yüksəlib.
Amma günorta saatlarında dollar sürətlə ucuxlaşmağa başlayıb. Bir neçə saat ərzində dollar 30-40% ucuhlaşaraq 8 minə düşüb. Dolların ucuzlaşması elə sürətlə baş verib ki, hətta dollar satıcıları da məsələnin nə yerdə olduğunu dərhal başa düşməyiblər: «bir neçə saat ərzində dolların 30-40% ucuzlaşması təbbi deyil, burada ya hökumətin, ya da dollar satanların br oyunu var»-deyə valyuta dəyişmə məntəqələrindən birinin rəhbəri bildirib.
Bəzi məlumatlara görə, dolların düşməsinə İran Mərkəzi Bankının açıqlaması səbəb olub. Açıqlamaya görə, bundan sonra 10 xidmət sektoruna Dollar 8 min tüməndən satılacaqdır. Dolların sürətli ucuzlaşmasına, İranda dövlətə yaxın medianın "dollar düşür" xəbərlərinin də təsiri olduğu bildirilir.
ABŞ dolları ilə yanaşı, İranda Azərbaycan manatı da dəyərdən düşüb. Bir neçə gün əvvəl 100 min riala dəyişdirilən manat indi 40 min riala enib. İran rialanın bahalaşması indiyədək İranda qiymətinə görə cəlbedici olan malların bahalaşması ilə nəticələnib. Daha dəqiqi, İran malları bahalaşıb. FED.az-ın məlumatına görə artıq son günlər İrana hər gün minlərlə adam alverə getdiyi halda, oktyabrın 2-də gedənlər oradakı yeni qiymətləri görüb yarı yoldan qayıdıblar və hazırda İrana keçənlərin sayı tək tükdür.
İranda dolların zəifləməsinə təsir edən amillər də kifayət qədərdir. Belə ki, İranda hesab edirlər ki, Avropa ölkəni dəstəkləməklə onu ABŞ-ın sonrakı sanksiyalarından qoruyacaq. Bundan başqa, dünya bazarında neftin bahalaşması – hazırda 85 dollardır, bəziləri bu rəqəmin 100 dollara qalxacağını bildirir - İranın neft ixracının hətta azaldığı bir vaxtda ölkəyə neft gəlirlərinin axmasını təmin edəcək.
İran dövlət televiziyası ölkə vətəndaşlarına dollarlarını riala dəişməyi məsləhət görürdü, bu vaxtadək əhali pullarını daha möhkəm valyutada – dollar və avroda saxlamağa üstünlük verirdilər. Nəticədə bir il əvvəl 39 min rial olan dollar hazırda 135 min rialadək yüksəlmişdi.
Paralel olaraq polis də qeyri-qanuni valyuta ticarətinə qarşı tədbirlərə başlayıb. Belə ki, qara bazarda dollar satanlar həbs edilib, üstəlik, dolların məzənnəsi hazzında səhv məlumai verən və məzənnənin daha da artmasına səbəb olan 15 saytın meneceri ya həbs edilib, ya da onlara xəbərdarlıq edilib.
Digər tərəfdən, yerli valyutanı qorumaq üçün İran prezidentinin ofisi bəyan edib ki, ölkəyə 250 min dollar yatırım edən investorlara burada 5 illik yaşayış izni veriləcək.
Yerli «Kayhan» qəzeti bildirir ki, dollar alveri ilə məşğul olan korrupsiyalaşmış treyderlərə qarşı qaldırılmış korrupsiya işləri də yerli valyutanı möhkəmləndirib. Hazırda İran parlamenti çirkli pulların yuyulması və terrorizmin maliyələşdirilməsinə qarşı qanun layihəsini müzakirə edir. Bu da öz növbəsində xarici investorları həvəsləndirməli və sanksiyaları yüngülləşdirməlidir.
Qeyd edək ki, İranın maliyyə problemləri ABŞ prezidenti Donald Trampın nüvə sazişindən (hansı ki, İran indiyədək əməl edir) çıxması ilə başlayıb. İndi isə rialın bahalaşması göstərir ki, bəzi spekulyantlar başa düşüb ki, «narahatlıq köpüyü artıq partlayıb» (yəni işlər o qədər də pis deyil). – deyə İranın «Bourse & Bazaar» iqtisadi saytının yaradıcısı İsfəndiyar Batmanhelic bildirib.
Nəticədə vaxtilə dollar toplamış şəxslər onun daha da ucuzlaşmaması baş vermədən dollarları riala dəyişməyə tələsirlər. İranda Dolların sürətli şəkildə 17 min tüməndən 10 min tümən səviyyəsinə (170 min rialdan 100 min riala) düşməsilə əhali "qara bazar"a axın edib. FED.az xəbər verir ki, Dolların daha çox düşməsindən narahat olan insanlar, paytaxt Tehran başda olmaqla bir çox şəhərdə gecə yarısı dollarını dəyişmək üçün küçələrə çıxıblar. Səhər saatlarında artıq dolların alışı dayandırılıb. Doğrudur, ABŞ-ın noyabr ayında İrana qarşı yeni sanksiyaları işə düşcək, yəni təhlükə hələ sovuşmayıb: «Ola bilər ki, bir neçə gündən sonra vəziyyət yenə də dəyişsin, amma bu baş verənlər hələlik hökumətin «nəfəsini dərməsinə» imkan verir».
İranda dollar kəskin ucuzlaşdı - "QARA BAZARA" AXIN BAŞLADI
01:11
3 Okt 2018