Qiymətlər belədir:
sadə (Family, 2.4 MPI, 5 yer) – 57 600 AZN
orta (Premier, 2.4 GDI, 7 yer) – 67 700 AZN
full (Prestige, 2.4 GDI, 7 yer) – 73 100 AZN.
Yeni «Hyundai Santa Fe»nin mühərrik gücü 192 at gücüdür. Yeni model əvvəlki ilə müqayisədə bir sıra texniki üstünlüklərə, əlavə opsiyalara və yeni dizayna malikdir.
Həmin avtomobillərin hamısı kameraya çəkilir - YENİLİK, XƏBƏRDARLIQ
Bununla yanaşı, sosial şəbəkə istifadəçilərinin bir hissəsi yeni modelin qiymətindən razı qalsalar da, əksəriyyəti Yeni «Santa Fe»nin loduqca baha olduğundan şikayətləniblər. Onların fikrincə, bu qiymətə daha keyfiyyətli başqa markanın avtombillərini almaq mümkuündür.
Qeyd edildiyi kimi, Yeni «Santa Fe»nin qiyməti 57,6-73.1 min manat arasında dəyişir.
İstifadəçilər qeyd edir ki, bu qiymətə «Toyota», «Mazda» və sair modellər almaq olar.
Doğrudan da hazırda Bakıda Yeni «Santa Fe»nin qiymətinə «Mitsubishi Outlander» (2.4 L, 2018 il – 59,3 min manata), «Mazda CX-5» (2.5 L, 2018 il, yeni – 63,7 min manata), «Toyota Camry» (2.5 L, 2018 il, yeni – 65,6 min manata), «Toyota Hilux» (2.4 L, 2018 il, yeni – 62,4 min manata), «Nissan X-Trail» (2.5 L, 2015 il, yeni – 57 min manata) almaq mümkündür.
«Hyundai Creta» modelinin qiyməti də açıqlanıb. Qiymətlər belədir:
1. Travel 1.6 benzin - 33000 AZN
2. Top 2.0 benzin - 40600 AZN