2018 -ci ilin iyul ayında Azərbaycanda banklara məxsus bankomatların sayı azalaraq may ayındakı həddə çatıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin ayda bankomatların sayı 2470-ə düşüb. Halbuki, iyun ayında bu rəqəm 2481 olub. Ondan öncəki ayda isə bankmatların sayı 2471 ədəd olub.
İyulda ləğv edilən bankomatların 6-sı paytaxtın, 5-i isə regionların payına düşüb. Belə ki, 2018-ci ilin iyun ayında Bakıda fəaliyyət göstərən bankomatların sayı 1 340 ədəd, iyulda isə 1 334 ədəd olub. Regionlarda isə bu rəqəmlər müvafiq olaraq 1141 ədəd və 1136 ədəd təşkil edib.
Onu da deyək ki, Azərbaycanda bankomatlarının sayının ən yüksək həddi 2015-ci ilin oktyabrında müşahidə edilib. Həmin vaxt ölkədə 2711 ədəd bankomat olub. Ondan sonra say azalmağa başlayıb. Bu tendensiya 2017-ci ilin əvvəlinə qədər davam edib. Həmi ilin uyulunda bankomatların sayı artaraq 2505 ədədə yüksəlib. Ondan sonrakı tarixlərdə yenidən azalmağa başlayıb.
Azərbaycanda bankomatlar azalıb
23:06
6 Sen 2018