Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Moskva avtosalonunda Rusiyanın məşhur avtomobili olan “Niva”nın yeni modeli təqdim edilib. Dizaynına görə indikindən xeyli fərqlənən yeni «Lada 4x4»ün texniki göstəriciləri və qiymətinə böyük maraq var.
Bir neçә ҝүn әvvәl Rusiyada konsepti təqdim olunan yeni «Niva»ların ehtimal olunan qiyməti açıqlanıb. FED.az Rusiya məbuatına istinadən məlumat verir ki, hazırda Rusiyada ən aşağı qiymətə olan «Lada 4x4» 4700 min rubla, yəni təqribən 7 min dollara satılır. Belə avtomobil Azərbayan bazarında 16 min manata təklif edilir.
Yeni «Niva»nın vəd edilən göstəriiləri və dizaynı isə onu «Daster»lə müqayisə etməyə imkan verir. Hazırda həmin modelin qiyməti 810 000 rubl və ya 11 860 dollardır. Rusiyalı mütəxəssislər etimal edirlər ki, həmin göstəriciləri nəzərə alanda yeni «Lada 4x4»nın qiyməti 800 min rubl və ya 11,7 min dollara satılmalıdır.