Prezident İlham Əliyev “Azərenerji”yə yeni rəhbərin təyin olunması haqda sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2018-ci il.
***
Pirverdiyevlə bağlı PA-dan açıqlama - Nöqsanlar aşkar edilib
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2018-ci il.