Zaqatalada fındıq yığımı başlayıb. Fed.az-ın məlumatına görə, bu barədə Trend-ə Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) Kənd təsərrüfatı və bitkiçilik şöbəsinin müdiri Vaqif Şabanov deyib.
V.Şabanovun sözlərinə görə, hazırda rayonda kənd təsərrüfatının inkişaf etmiş və ən gəlirli sahəsi findıqçılıq hesab olunur:
“Rayonda iqtisadiyyatın əsasını fındıqçılıq və baramaçılıq təşkil edir. Baramaçılıq dövrü bitdiyindən qarşıdan fındıq yığımı gəlir. Əsas yığım sentyabr, oktyabr aylarında olacaq. Amma xüsusi mülkiyyətçilər arasında artıq yığıma başlayanlar var, onların bir çoxu məhsullarını yaş formada ilin sonunadək satmağı nəzərdə tutublar”.
Şöbə müdiri yaş məhsulun bazar qiymətini də açıqlayıb:
"Hazırda bazarda fındığın kiloqramı keyfiyyətindən asılı olaraq 2 - 2,5 manat arası satılır. Mülkiyyətçilər arasında məhsullarını qış aylarına saxlayanlar da var”.
V.Şabanovun sözlərinə görə, ümumiyyətlə bir hektar sahədən 1-1,5 ton fındıq yığılır. O, bir müddət əvvəl yağan leysan yağışların məhsuldarlığa təsir etmədiyi bildirilir.
Məhsul yığımı başladı - KİLOSU 2,5 MANATDIR
23:27
22 Avq 2018