ABŞ Türkiyəyə qarşı yeni sanksiya ilə bağlı xəbradarlıq edib. FED.az xəbər verir ki, ABŞ-ın xəzinə naziri Stiven Mnuçin, ABŞ-lı keşiş Endryu Bransonın təcili sərbəst buraxılmaması halında ABŞ-ın Türkiyəyə daha çox sanksiya tətbiq edəcəyini bildirib.
ABŞ-ın yeni sanksiyalarının hazır olduğunu nazir qeyd edib.
Türkiyədə dollar yenidən yüksəlir
Qeyd edək ki, 2016-cı ilin Noyabr ayında terror təşkilatlarına dəstək vermək və casusluq iddialar ilə həbs olunmuş keşiş, bir müddət əvvəl ev həbsinə keçirilib. Bransonın vəkili tərəfindən ev həbsinə də edilən etiraz dünən məhkəmə tərəfindən rədd edilmişdi.
Mnuçinin açıqlamasından sonra dollar lirə qarşısında yüksəlib. Dünən axşam 5.72 səviyyəsinədək düşən məzənnə yenidən 5.85-ə yüksəlib.