Azərbaycanın bank sistemində verilən kreditlərin yarıdan çoxu 5 bankın payına düşür. Bu barədə FED.az-ın tərtib etdiyi 2018-ci ilin 2-ci rübünün nəticələrinə görə, bankların kredit portfeli üzrə renkinqindən məlum olur.
Azərbaycanın ən byöük və ən kiçik bankları – SİYAHI
Azərbaycanda 16 bankın aktivləri artıb, 14 bankda azalıb – SİYAHI
Renkinqə əsasən, 2-ci rübün yekununa görə, ölkə banklarının ümumi kredit portfeli 9 mlrd 965,9 mln manat təşkil edib. Bankların siyahısına ən çox krediti verən 5 bank başçılıq edir. Bunlar: Azərbaycan Beynəxalq Bankı (1 mlrd 675,9 mln manat), Xalq Bank ( 1 mlrd 343,1 mln manat), Kapital Bank (1 mlrd 114,4 mln manat), Paşa Bank (1 mlrd 037,2 mln manat) və Bank Silk Way-dir (522,2mln manat).
Başqa sözlə, bu 5 bank tərəfindən verilən kreditlərin həcmi ümumi kredit portfelinin 57,1%-ni təşkil edib. Sıralamadakı ilk 10 bankın kredit portfeli isə 6 mlrd 357,6 mln manat olub və bu ümumi kredit portfelinin 63,79%-i deməkdir.
Ölkədə ən az kredit verən banklar isə Bank Avrasiya (92,9 mln manat), Ziraat Bank ( 88,5 mln manat), Naxçıvan Bank (68,01 mln manat ), Bank Melli İran ( 4 mln manat ) və Pakistan Milli Bankı (1,6 mln manat ) olub. Bu 5 bankın ümumi kredit məbləği 255 mln manat və ümumi kredit portfelində 2,6% paya malikdir.
Ən az kredit verən 10 bankın kredit portfeli 1 mlrd 253,3 mln manat olub və ya bu məbləğin ümumi kredit portfelində xüsusi çəkisi 12,57% təşkil edib.