FED.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi dövlət büdcəsi vəsaiti hesabına Yardımlı rayonunda idman kompleksinin II mərhələdə tikintisinin satınalınması üçün Açıq Tender Elan Edir:
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Eləcə də bax: Nazirliyə ekspert lazımdır - TENDER ELANI
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
–aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, tikinti işlərində təcrübəsi, maliyyə vəziyyəti, yerinə yetirilən işlərə verilən zəmanət müddəti, qapalı idman qurğularının tikintisi üçün müvafiq lisenziyası, müvafiq maddi-texniki bazaya malik olması.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658417 nömrəli telefona müraciət edə bilərlər: İddiaçılar 900 (doqquz yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, I mərtəbə, əsaslı tikinti və nəqliyyat sektorundan) ala bilərlər.
Bank:Dövlət Xəzinədarlıq Agentliyi
Kod : 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h: AZ50CTRE00000000000002147771
VÖEN: 1500171121
Büdcə səviyyəsinin kodu– 7
Təsnifat kodu– 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, lisenziyası;
- iddiaçının maddi-texniki bazaya malik olması barədə təsdiqedici sənədlər;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə müvafiq orqanlar tərəfindən verilmiş arayış;
- əsas şərtlər toplusunun tələblərinə uyğun başqa məlumatlar;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin 1 faiz məbləğində bank təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son üç il ərzində yerinə yetirdiyi tikinti işləri haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar təkliflər sorğusu prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 17 sentyabr 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini 25 sentyabr 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər qəbul olunmayacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 26 sentyabr 2018-ci il saat 11.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.
Yeni idman mərkəzi tikiləcək – TENDER ELANI
11:44
13 Avq 2018