FED.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tədbirlərin keçirilməsinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR:
Tender 6 lot üzrə keçirilir.
Lot-1. “Gənclər evləri”nin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif mövzularda təlim və seminarların keçirilməsi.
Lot-2. “Yeni nəsil: sərhədsiz məsuliyyət” Vl Azərbaycan - Rusiya Beynəlxalq Gənclər Forumunun keçirilməsi.
Lot-3. Könüllülərin beynəlxalq gənclər forumunun keçirilməsi.
Lot-4. Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə tədbirlərin keçirilməsi.
Lot-5. “Gənc investor 2018” birja ticarəti üzrə III simulyasiya yarışının keçirilməsi.
Lot-6. “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” devizi ilə maarifləndirici kampaniyanın keçirilməsi.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4652155 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Qurbanzadə Fərid Vidadi oğlu). İddiaçılar hər bir lot üçün 100 (yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorundan) ala bilərlər.
Bank:Dövlət Xəzinədarlıq Agentliyi
Kod : 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWIFT: CTREAZ22
Alan müştəri: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h: AZ50CTRE00000000000002147771
VÖEN: 1500171121
Büdcə səviyyəsinin kodu - 7
Təsnifat kodu – 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.
Bütün İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 18 sentyabr 2018-ci il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1%-i məbləğində bank təminatını 26 sentyabr 2018-ci il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 27 sentyabr 2018-ci il, saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.
Gənclər üçün tədbir keçirilir - TENDER ELANI
11:09
13 Avq 2018