Azərbaycanla qonşu ölkələrin hamısında dollar bahalaşıb. FED.az xəbər verir ki, ABŞ dollarının yerli valyuta qarşısında möhkəmlənməsi təkcə son dövrdə ABŞ-da münasibətləri pisləşən Türkiyə, Rusiya və İranda deyil, digər qonşu ölkələr – Qazaxıstan və Gürcustanda da baş verib. Amma bu ölkələrdə dəyişiklik əvvəlki 3 ölkə qədər ciddi deyil.
Azərbaycan Rusiya və Türkiyədən sərmayələri geri çəkməlidir – ÇAĞIRIŞ
Belə ki, Azərbaycanda dolların bu günkü məzənnəsinin (1,7 manat) bərqərar olduğu 2017-ci ilin aprelinndən indiyədək ətraf ölkələrin hamısında doların bu vəya digər dərəcədə bahalaşması müşahidə edilir. FED.az ötən ilin aprelindən dolların qonşu ölkələrdəki məzənnəsinin necə dəyişdiyini araşdırıb.
İran
ABŞ valyutasının ən kəskin bahalaşdığı və milli valyutanın ciddi giriləməsi İranda qeydə alınıb. Belə ki, 2017-ci ilin aprelində İranda dolların rəsmi məzənnəsi 32,8 min rial olub, indi isə rəsmi məzənnə 41 min rial, qeyri-rəsmi məzənnə isə 100 min rial ətrafındadır. Başqa sözlə, bu dövrdə İranda dollar rəsmi göstəricilərə əsasən, 28,8%, qeyri rəsmi göstəricilərə əsasən isə 3 dəfə bahalaşıb.
Azərbaycan Rusiya və Türkiyədən sərmayələri geri çəkməlidir – ÇAĞIRIŞ
Türkiyə
Bu dövrdə türk lirəsində də ciddi geriləmə olub. Ötən ilin aprelində, yəni Azərbaycanda dollar 1,7 manat səviyyəində möhkəmlənəndə Türkiyədə dolların məzənnəsi 3,63 lirə idi, indi isə məzənnə 6 lirəni ötüb, yəni bu müddətdə lirə 65% ucuzlaşıb.
Rusiya
Bu dövrdə Rusiya rublu dollar qarşısında 18,5% zəifləyib. Belə ki, 2017-ci ilin aprelində Rusiyada dollar 56,25 rubl idi, indi isə bu məzənnə 67 rublu keçib.
Qazaxıstan
Qazaxıstanda dolların məzənnəsi təqribən Rusiyadakı qədər dəyişib. Belə ki, ötən ilin aprelində Qazaxıstanda 1 dollar 313,6 tenqe idi, indi isə dolların məzənnəsi 356 tenqe ətrafındadır. Başqa sözlə, ötən dövrdə Qazaxıstanda dollar 13,5% bahalaşıb.
Gürcüstan
Azərbaycanın qonşuları arasında dolların ən sabit qaldığı ölkə hələlik Gürcüstandır. Belə ki, 2017-ci ilin aprelində Gürcüstanda 1 dollar 2,44 lari olduğu halda hazırda bu göstərici 2,56 laridir. Yəni bu dövrdə gürcü larisi cəmi 5,17% geriləyib.