Yayın rekord istiləri Bakıda kondisionerlərə tələbatı artırıb. FED.az xəbər verir ki, hazırda paytaxtın məişət texnikası satılan ticarət mərkəzlərində müxtəlif markalı kondisionerlərin satışı canlanıb. Kondisionerlər kredit və nağd yollarla satılır.
“Optimal” – 699-3199 manat
Satışda, BOSCH, Carrier, TOSHIBA, VESTEL, Electrolux modelleri var.
Qiymətlər , 20-30 m2 üçün 699 manat , 30-40 m2 üçün 799 manat, 50-60 m2 üçün 1 199 manat, 70-80 m2 üçün 1 499 manat, 140-160 m2 üçün 3 199 manat – dan başlayır.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: İş yerindən arayış tələb edilir. Tək şəxsiyyət vəsiqəsi ilə 12 aya qədərdir.
“İrşad electronics” – 639 - 1 369 manat
Satışda, Electrolux, MDV, Mitsubishi,Zanuussi modelleri var.
Qiymətlər 30-35 m2 sahəsi olan kondisionerlər üçün 639 manat , 40-45 m2 üçün 749 manat, 60-70 m2 üçün 1189 manat, 80-90 m2 üçün 1 369 manat – dan başlayır.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: Özünün və digər 2 qohumunun evtelfonu olmalıdır. Kredit tək şəxsiyyət vəsiqəsi ilə 18 aya qədər, faizsizdir.
“Kontakt Home”- 580 - 1 600 manat
Satışda «Electrolux», «Gorenje», «HOFFMANN», «LG», «Mitsubishi» modelleri var.
Qiymətlər , 25-30 m2 üçün 580 manat, 35-40 m2 üçün 800 manat, 50-60 m2 üçün 1200 manat, 70-80 m2 üçün 1600 manatdan başlayır.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: Bakı, Sumqayıt və Abşeron qediyyatı və ev telfonu tələb edilir. Kredit tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 aya qədər verlir və ilkin ödənişsizdir.
“Magnit” – 535-1 110 manat
Satışda, Galanz, Mitsubişi və digər modeli var. Ən ucuz model sırası Galanz-dır.
Bu modelin qiyməti, 30-35 m2 üçün 535 manat, 40-45 m2 üçün 599 manat, 60-70 m2 üçün 855 manat, 80-90 m2 üçün 1110 manatdır.
Kondisionerləri nağd və ya kreditlə almaq olar. Kredit şərtləri: Bakı qediyyatı olmalıdır. Bakı qediyyatı olmayanlar üçün, yaşadığı evin işıq çelkini gətirməkləri kifayətdir. Kredit tək şəxsiyyət vəsiqəsi ilə 2 aylıq faizsiz və 6 aydan, 24 aya qədər faizlə verlir.
“Samsung” Sədərək
Satışda, Samsung modeli var.
Qiymətlər , 30-40 m2, 650 manat, 50-70 m2 , 1100 manat-dan başlayır.
Kondisionerləri yalnız nağd almaq olar.
“MITSUBISHI ELECTRIC”
Satışda Hisense, MDV, VITEC, SHVAQI, ORVICA , QOLD modelləri var.
Qiymətlər, 30-35 m2 üçün 378 manat, 40-45 m2 üçün 386 manat, 60-70 m2 üçün 450 manat, 100 m2 üçün 595 manat-dan başlayır. Kondisionerləri yalnız nağd almaq olar.
İşlənmiş Kondisionerlər
Bakı sakinləri təkcə ticarət mərkəzlərindən deyil, ikinci bazardan işlənmiş kondisionerlər də ala bilərlər. Hazırda ikinci bazarda qiyməti olduqca ucuz (100 manatdan başlayan) olan yüzlərlə kondisionerlər satılır. Qiyməti 150 manata qədər olanların əksəriyyəti vaxtilə Bakıda istehsal edilmiş BK kondisionerləridir. Müasir sistemlə çalışan kondisionerlərin ikinci bazarında qiymətlər isə 200 manatdan başlayır.
Qiymətlər 25 m2, 200 manat. Kv.m artıqca qiymətlərdə artır.
Bakıda kondisionerlər neçəyədir? - QİYMƏTLƏR, MODELLƏR
16:56
2 İyul 2018