Maliyyə Bazarlarına Nəzarət Palatasının yanvar-may ayları üzrə açıqladığı göstəricilərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə “Standard İnsurance”da yığımlar kəskin azalaraq 6 milyon 832 min manatdan 3 milyon manata düşüb. Yığımları azalan sığorta şirkətləri arasında ilk üçlükdə “GünaySığorta”da illik dinamika 31,25%, “Bakı Sığorta”da 27,38% düşüb.
Sığorta şirkətləri arasında ən böyük artım isə “Amrah Sığorta”da qeydə alınıb. Lakin bu şirkətin portfelinin çox kiçik olduğunu nəzərə alsaq, bir avtomobil sığortasının belə çox böyük artım fərqi yaratdığını demək olar. Dinamika göstərən şirkətlər arasında ilk üçlükdə Dövlət Sığorta Kommersiya Şirkəti (2,9 dəfə) və “Rəvan Sığorta” (2,6 dəfə) da var.
Ən çox artım nümayiş etdirən sığorta şirkətləri, manatla.
№ | Şirkətin adı | Sığorta haqları (2017- yanvar-may) | Sığorta haqları (2018- yanvar-may) | İllik dinamika |
1 | “Amrah Sığorta” | 9 289 | 102 800 | 11 dəfə |
2 | Dövlət Sığorta Kommersiya Şirkəti | 11 658 000 | 33 474 000 | 2,9 dəfə |
3 | “Rəvan Sığorta” | 209 532 | 536 000 | 2,6 dəfə |
Ən çox azalma nümayiş etdirən sığorta şirkətləri, manatla.
№ | Şirkətin adı | Sığorta haqları (2017- yanvar-may) | Sığorta haqları (2018- yanvar-may) | İllik dinamika |
1 | “Bakı Sığorta” | 579 759 | 421 000 | -27,38% |
2 | “Günay Sığorta” | 4 272 000 | 2 937 000 | -31,25% |
3 | “Standard Insurance” | 6 832 000 | 3 002 | -2,27 dəfə |