Maliyyə Bazarlarına Nəzarət Palatası “Günay Bank” ASC ilə bağlı məlumatlara münasibət bildirib. FED.az-a açıqlamasında Palatanın mətbuat katibi Elşən Allahverdiyev deyib ki, bizim əməkdaşlar qrafikə uyğun olaraq, digər banklarda olduğu kimi Günaybankda da bir aydan çoxdur ki, yoxlamalar aparır.
“Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər və deyə bilərəm ki, bu məlumatlar əsassızdır. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri pridensial normalara uyğundur”.
Palata "Günaybank" ilə bağlı məsələyə münasibət bildirib
18:12
18 İyun 2018