Banklar tərəfindən, kredit şərtləri hazırlanarkən ən çox müzakirə mövzusu obyektinə çevrilən şərtlərdən biri kreditin müddəti şərtidir. Bu şərt adətən bankın fiziki və hüquqi şəxslərdən cəlb etdikləri depozitlərin müddəti ilə tənzimlənir. Əgər bir bank, kredit şərtlərində müddət limitini artırırsa deməli bankın uzunmüddətli cəlb etdiyi vəsaitin həcmi artıb və ya əksinə.
Nağd şəkildə rəsmiləşdirilən istehlak kreditləri riskli kreditləri kateqoriyasına aid edildiyi üçün banklar bu məhsulu uzun müddətə rəsmiləşdirməkdə çox da maraqlı deyillər. Bu səbəbdən adıçəkilən məhsul üzrə maksimum müddət adətən 24 ay, bəzi istisna hallarda isə 36 aya qədər olur. Lakin son dövrlərdə bazardakı canlanmanın nəticəsi olaraq pərakəndə bazarda iddialı olan banklar kredit müddətini 48 aya qədər artırdı. Bu təbiidir ki, daha uzun müddət kredit məbləğinin daha yüksək olmasına imkan verir.
Yaxın zamanlarda kredit əldə etməyə hazırlaşan oxucularımız üçün bu məlumatın faydalı olacağınızı nəzərə aldıq və bazar araşdırması apardıq. Qarşılaşdığımız maraqlı məqamlardan biri də odur ki, bəzi banklar müddət şərtini bütün müştəri kateqoriyalarına aid etsə də, bəzilərində bu şərt müştərinin iş yeri, kredit tarixçəsi və s.digər tələblərdən asılı olaraq dəyişir. FED.az qeyd edilənlərlə sizi tanış edir.
Bank | Məhsulun adı | Nağd kredit üzrə müddət şərti |
Express Bank | Asan kredit | Minimum 3 ay – Maksimum 48 ay |
Atabank | Ekspress kredit | Minimum 6 ay – Maksimum 36 ay |
Kapital Bank | Gündəlik tələbat krediti | Minimum 3 ay – Maksimum 48 ay |
Azərtürkbank | Nəğd kredit (20 000 AZN) | Minimum 6 ay – Maksimum 48 ay |
Turanbank | Kiçik həcmli istehlak krediti | Minimum 6 ay – Maksimum 24 ay |
Bank Respublika | Nağd istehlak krediti | Minimum 6 ay – Maksimum 36 ay
Qeyd: 25 – 36 ay müddətinə kreditlər, ümumi iş stajı 2 ildən çox |
AccessBank | Nağd kredit | Minimum 6 ay – Maksimum 24 ay |
Bank BTB | Nağd Pul krediti | Minimum 3 ay – Maksimum 36 ay |
Nikoil Bank | Nağd kredit | Minimum 6 ay – Maksimum 36 ay |
Unibank | Nağd kredit | Minimum 3 ay – Maksimum
|
Bank of Baku | Nağd Pul krediti | Minimum 3 ay – Maksimum
|
Yapıkredibank | Nağd kredit | Minimum 3 ay – Maksimum 36 ay |
Rabitə Bank | Nağd Pul krediti | Minimum 6 ay – Maksimum 36 ay
Qeyd: 25 – 36 ay müddətinə kreditlər, məbləğ 1 500 AZN-dən |
AFB Bank | Standart istehlak krediti | Minimum 6 ay – Maksimum 24 ay |