Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iyunun 8-də Hafiz Yaqubovun ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
FED.az-ın məlumatına görə, Vasif Talıbovun digər fərmanına əsasən Mayis Əliyev Naxçıvanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, M.Əliyev bundan əvvəl həmin nazirlikdə şöbə müdiri vəzifəsində çalışıb.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








