İctimai Televiziya və Radionun Yayım Şurasının bu dəqiqələrdə keçirilən iclasında Baş direktorun müavini dəyişib.
FED.az-ın xəbərinə görə, Həsən Abdullayevi vəzifəsindən kənarlaşdıran Şura üzvləri onun yerinə Murad Hüseynovu təyin edib.
Eləcə də bax: Azərbaycanda da fəaliyyət göstərən şirkət və bankların marka dəyərləri açıqlanıb
Əvvəllər ANS və bir sıra kanallarda çalışan Murad Hüseynovun son iş yeri Bakı Media Mərkəzi olub.
Qeyd edək ki, bir neçə saat əvvəl Gununsesi.info baş direktorun müavini Həsən Abdullayevin vəzifəsindən kənarlaşdırılacağını yazmışdı.
gununsesi.info