"Artıq sahibkarlara malların idxalı zamanı SMS-lə bildirişlərin göndərilməsi xidmətinin tətbiqinə başlanılıb".
FED.az xəbə
verir ki, bunu Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında bildirib.
Eləcə də bax: Telefonda satış etməyin - ƏSAS QAYDALARI
Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılıb: “May ayının 29-dan tətbiqinə başlanılan sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisinə daxil olduqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir”.
A.Abbasov bildirib ki, təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək.