Dövlət Neft Fondu may ayında fondun satdığı doların həcmini açıqlayıb. FED.az xəbər verir ki, ötən ay fond 422,7 milyon dollar valyuta satıb. Bu aprel və mart ayındakı həcmlərdən az olsa da, yanvar-fevraldakı satışlardan artıqdır.
Fondun məlumatlarına görə,
Yanvarda - 299,1 milyon ABŞ dolları
Fevralda - 364,1 milyon ABŞ dolları
Martda - 647 milyon ABŞ dolları
Apreldə - 802,6 milyon ABŞ dolları
Mayda - 422,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.