Azərbaycanda vətəndaşlara məxsus mənzil və evlərin sığortasının tətbiqi ilə işlər sürətlənib. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Mustafa Abbasbəyli FED.az-a bildirib ki, hazırda bununla bağlı ASA, İcbari Sığort Bürosü və Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz ƏMlakın Dövlət Reyestri Xidməti (DƏDRX) arasında danışıqlar aparılır. Bu danışıqların məqsədi həmin qurumların sistemlərinin inteqrasiya edilməsidir.
Eləcə də bax: Banklar üçün dadlı piroq gəlir – SIĞORTA PULLARI - QAYDALAR
Qeyd edək ki, İSB-də sığortalanan evlərin reyestri, DƏDRX-də isə kupçalı evlərin reyestri aparılır. «Hesab edirik ki, bu razılaşmanın əldə edilməsi ölkədə daşınmaz əmlakın sığortalanması ilə bağlı böyük inkişaf yaradacaq»-deyə Abbasbəyli bildirib.
ASA rəhbəri bildirib ki, bu razılığın əldə edilməsindən sonra icbari əmlak sığortasının tətbiqi və onu nəzarət edilməsi texniki məsələ olacaq.
Qeyd edək ki, ASA evlərini sığortalamayan vətəndaşlara cərimə tətbiq edilməsini də təklif edib, amma hələlik cərimənin məbləği açıqlanmır, bununla bağlı müzakirələr başa çatmayıb.