“AzRose” MMC ölkəyə xaricdən gül idxalının qarşısını almaq üçün də real tədbirlərə start verib.
FED.az xəbər verir ki, bunun üçün Qəbələnin Vəndam qəsəbəsində istixana şəraitində güllərin yetişdirilməsi nəzərdə tutulur. Hazırda Hollandiyadan həmin əraziyə istixana avadanlıqları gətirilir. Burada ayrılmış 10 hektarlıq ərazinin 3 hektarında müxtəlif əlamətdar günlərdə insanların zövqünü oxşayacaq güllər yetişdiriləcək. Həmin güllər zamanla müxtəlif ticarət məntəqələrində satışa çıxarılacaq.