İcbari Sığorta Bürosuna yeni təyinat olub. FED.az etibarlı mənbələrdən aldığı məlumata görə, bu gün qurumun Himayəçilər Şurasının qərarı ilə Rəşad Əhmədov İcbari Sığorta Bürosunun icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitenin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD). O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri olub. Yeni təyinatına qədər R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.
Büronun eks icraçı direktoru Fariz Əzizovun təyinatı ilə bağlı məlumat yoxdur.
İcbari Sığorta Bürosunun yeni icraçı direktoru - RƏŞAD ƏHMƏDOV
22:38
30 May 2018