FED.az xəbər verir ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tender elan edir.
lot 1 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı media nümayəndələrinin Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərinə səfərinin təşkili xidmətləri
lot 2 - 22 iyul Milli Mətbuat Günü münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması və bayram tədbirinin təşkili xidmətləri
lot 3 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, habelə beynəlxalq təcrübənin öyrənilməsi ilə əlaqədar media nümayəndələrinin Türkiyə Respublikasının İstanbul şəhərinə səfərinin təşkili xidmətləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə (Beynəlxalq Mətbuat Evi) (Əlaqələndirici şəxs :Elşad Tağıyev, telefon :(012) 538-40-48; (012) 537-19-41) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 50 manat
lot 2 - 85 manat
lot 3 - 90 manat
Hesab: | AZ08CTRE00000000000005547601 |
VÖEN | 1001667391 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Eləcə də bax: Neft və Sənaye Universiteti - Tender elanı
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-18 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-30 17:00qədər Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə (Beynəlxalq Mətbuat Evi) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-05-31 11:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti 529-cu məhəllə, Beynəlxalq Mətbuat Evi ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI