Aprel ayının 28-də yanğın baş verən “Tramp Tower” adını daşımış bina sığortalı olub.
FED.az xəbər verir ki, göydələn 2015-ci ilin sonunda ləğv edilən “Qarant Sığorta” şirkətində sığortalanıb. Sığorta şirkəti ləğv edildikdən sonra 2016-cı ildə portfeli “Paşa Sığorta” şirkətinə ötürüldüyü üçün öhdəliklər üzrə cavabdeh də bu şirkətdir. Fins.az məsələ ilə bağlı “PAŞA Sığorta” şirkəti müraciət edib. Şirkətdən bildirilib ki, adıçəkilən göydələn inşaat işlərinin aparılması üzrə öhdəliklər “PAŞA Sığorta”ya aid olub. Amma sığorta müqaviləsinin müddəti 2018-ci ilin mart ayının 1-də bitdiyi üçün binaya yanğın nəticəsində dəyən ziyan üzrə sığorta ödənişi düşmür.
Bakıdakı “Tramp Tower”a sığorta ödənişi düşmür
13:01
30 Aprel 2018