FED.az xəbər verir , Bank “BTB” ASC Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı) axtarır.
İş barədə məlumat:
- Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
- Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
- İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
- Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
- Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
- Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.
Eləcə də bax : "Unibank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- 2 il iş təcrübəsi;
- Ünsiyyət qurma bacarığı;
- Təqdimetmə və satış bacarığı;
- Monitorinq və nəzarət etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15 May, 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı)göstərməyiniz xahiş olunur.