Richard Branson haqqında
Richard Branson 1950-ci 18 iyul tarixində İngiltərədə doğulub. Ailənin tək uşağı olan Bransonun atası vəkil anası isə rəqqasə idi.
Sərmayəçi və iş adamı olan Branson 350-dən çox şirkəti olan Virgin Qrupununrəhbəridir. Branson 1970-ci ildə qurduğu şirkətin adını bir qadın yoldaşının tövsiyyəsi ilə Virgin (bakirə) olaraq təyin edir. Bu ad ətrafı tərəfindən yaxşı qarşılanmasa da Branson tərsliyini burada da göstərib verdiyi qərarı dəyişdirmir.
Richard Bransonun təhsili
Richard Branson televizor və radio olmayan bir evdə böyüyüb. Valideynləri olduqca ciddi olub. Deyilənə görə anası onu evə 4-5 kilometr qalmış avtomobildən endirib, evin yolunu özünün tapmasını istəyərmiş. Bransonu hər zaman öz ayaqlarının üzərində tək başına dayana bilən bir fərd olaraq yetişdirməyə çalışıblar və bacarıblar.
Richardın uşaqlıq illəri və təhsili olduqca çətin keçib. Bu vəziyyətə səbəb olan isə disleksiya xəstəsi olmasıymış. Belə xəstələr ümumiyyətlə oxuma və yazmada çətinlik çəkirlər. Ancaq zəkaları olduqca yaxşıdır. Hətta normal insanlara görə çox güclüdür. Bransonun bəlkə də hazırda bu qədər uğurlu olmasında əsas səbəb bu xəstəlik olub. Məktəb illərində çətinlik çəkən Branson təhsilini davam etdirmək isməyib və məktəbi yarıda qoyub.
Richard Bransonun iş həyatı
Məşhur iş adamı ilk kommersiya uğurunu 16 yaşınday dərc etdiyi Student adındakı jurnal ilə qazanıb. Jurnalın hər sayı az qala əlli min oxucuya çatırdı. Bu da Bransonunkiçik yaşda ticarəti öyənməsini, tələb təklif məntiqiylə daha çox böyümək məcburiyyətində qalmasını təmin etmişdi.
Richard Branson bu jurnal sayəsində bir çox şeyi öyrənmiş və təcrübə qazanmışdı. Gənclik jurnalı olan Student, gənclərin ən çox musiqiyə maraq duyduğunu ortaya çıxarmışdı. Bu jurnal Bransonun ağılında yeni iş fikirlərinin doğulmasını təmin etmişdi. 20 yaşında Virgin Mail Order şirkətini yaradan Branson sonradan bu şirkətin adını Virgin Records kimi dəyişdirdi. Beləliklə Virgin Şirkətlər qrupunun əsası qoyulmuş oldu.
Bransonun iş həyatı bir çox iş adamlarından fərqlidir. O pul qazanmaqdan çox dünyanı dəyişmək istəyi və hər işi hamıdan daha yaxşı etmək arzusu ilə yaşayıb hər zaman. Ona uğur gətirən əsas amil isə heç zaman getdiyi yoldan imtina etməməsi olub. Əsla imtina etmədiyi xəyallarının arxasından qaçmaq, ən yaxşı bildiyi və sevdiyi işi etmək, ən əhəmiyyətlisi də yaxşı bir əməkdaşlıq qabiliyyətinə sahib olmaq onu bu günlərə gətirib.
Virgin Groupun uğurları
Kosmetikadan musiqiyə, təyyarədən qələmə, kitabdan şəraba kimi demək olar ki hər sektorda xidmət göstərən Virgin Group 350-dən çox şirkətdən ibarətdir.
Branson 1971-ci ildə Oxford Prospektində bir ayaqqabı dükanı sahibini razı etməyi bacarır və ilk musiqi dükanı fəaliyyətə başlayır. Branson şirin dili sayəsində gələnlərlə səmimi söhbətlər edir, qəhvə təqdim edir, müştəriləri özünə çəkə bilirdi. Bu vəziyyət ayaqqabı satıcısının da işinə yaramışdı.
Richard musiqi işiylə məşğul olan zaman daim gəzmək və səyahət etmək məcburiyyətində qalırdı. Ancaq səfərləri əsnasında xidmətlərin və yeməklərin pis olduğunu, sərnişinlərin narazılığını görmüşdü. Bu vəziyyət isə beynində yeni fikrin qığılcımlarını yaratmışdı. O gündən sonra Branson artıq hava yolları sektorunda də yerini aldı.
1984-ci ildə Virgin Atlantic Airways adlı hava yolu şirkətini yaratdı. Bransonun hava yolları şirkəti bir anda British Airwaysın ən böyük rəqibi oldu. 1986-ci ildə Atlantiki ən qısa müddətdə keçməyi bacararaq bir rekorda imza atdı.
1992-ci ildən sonra da maraq sahəsini səyahət və kommunikasiya yönəltdi.
Richard Bransonun ailə həyatı
Ağıllı iş adamı Branson ilk evliliyini 1972-ci ildə edib. Ancaq bu evliliyin ömrü çox uzun olmayıb və cütlük 1979-ci ildə ayrılıb. 1989-ci ildə Lady Joan Templeman ilə evlənən Bransonun bu evliliyindən Holly Branson və Sam Branson adında iki uşağı var.
Gələk Branson haqqında çox bilinməyən amma heyranlıq yaradacaq bir neçə xüsusiyyətinə. Bu qədər çox şirkətə sahib olan və dünyanın ən zənginləri arasında yer alan Richard Branson bu imperatorluğu qurarkən həmişə məsuliyyət hiss edib. Fabriklərində əməliyyat edilərkən ətrafını və dünyasını təmiz tutmağa çalışıb, yoxsulu və ehtiyacı olanları görməməzlikdən gəlməyib. Məsələn kömək üçün hər il 12 seminara qatılır və əldə edilən gəliri xeyriyyə cəmiyyətlərinə bağışlayır.
Kömür, neft kimi yanacaqların geri çevrilməsini təmin edəcək və atmosferə atılan karbonu azaltmaq məqsədli sistemlər inkişaf etdirməyə çalışır.