Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Ancaq yeni tərkibdə bir sıra nazirlik və dövlət komitələrinə rəhbər təyin edilməyib.
FED.az xəbər verir ki, Səhiyyə, təhsil, gənclər və idman,mədəniyyət, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri təyin edilməyib.
Həmçinin Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.
Eləcə də bax: Nazirlər Kabinetinin yeni tərkibi - SİYAHI