Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib.
ASA-dan FED.aza verilən məlumata görə, görüşdə assosiasiyanın sədri Mustafa Abbasbəyli, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov və müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “Paşa Sığorta” Şirkətinin nümayəndələri və bu sahə üzrə məsul şəxslər iştirak edib.
Eləcə də bax : Xarici ölkədə sənədlərin itərsə cəriməni “Qala Sığorta” ödəyəcək – YENİ SƏYAHƏT PAKETİ
Görüş zamanı Azərbaycanda həkimlərin peşə məsuliyyətinin könüllü qaydada sığortalandığı vurğulanaraq bunun icbari qaydada tətbiqinin həm həkimlər, həm də pasiyentlərə münasibətdə əhəmiyyətli olacağı bildirilib. Burada məqsəd bir tərəfdən həkim səhvi zamanı pasiyentlərin maddi baxımdan kompensiyasiya edilməsi, digər tərəfdən isə həkimlərin reputasiya və mənəvi müdafiəsinin təmin edilməsindən ibarətdir.