Əhaliyə ani və rahat ödəniş vəd edən ödəniş terminalları bu gün səhərdən işləmədi. FED.az xəbər verir ki, e-Manat, Milli Ön, Easy- Pay, AsanPay terminallarının heç biri ödəniş qəbul etmədi.
e-Manat –dan aldığımız məlumata görə, ödənişin qəbul olunmamasının səbəbi texniki problemlərin yaranması ilə bağlıdır. Belə ki, şəhərdə internətlə bağlı dünəndən yaranan çətinlik ödəniş terminallarının işini iflic edib. E-manat-dan bildirdilər ki, hazırda şəbəkədəki texniki problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.
Milli Ön terminalları isə müştərilərinə işləyən terminallara müraciət etməyi məsləhət görür. Belə ki, şəhərin əksər hissəsində terminalları işləmir və ancaq bəzilərində ödənişlər keçdiyindən müştəriləri də ora istiqamətləndirirlər.
Qeyd edək ki, digər terminallarda yaranan problem də məhz internet şəbəbkəsinin olmamamsı ilə bağlıdır.
Ödəniş sistemlərinin işi iflic oldu – SƏBƏB
11:05
18 Aprel 2018